Xəbərlər

Əsas səhifə

Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

20.02.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 19-da metronun “28 May” stansiyasının platformasında bir nəfər Abşeron rayon sakini S.Babayevaya zor tətbiq edib mobil telefonunu ondan almışdır.
 
Metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Əbilzadə saxlanılmışdır.