Xəbərlər

Əsas səhifə

Xəzər Rayon Polis İdarəsində Xocalı soyqırımı anılıb

23.02.2019

Bu gün Xəzər Rayon Polis İdarəsində Xocalı  soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasim soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik  sükutla yad edilməsilə başlayıb. 

Anım mərasimində çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev  bildirib ki, bu  faicə xalqımıza qarşı törədilmiş ən qanlı cinayət hadisələrindən biridir. Bu qanlı cinayətin heç zaman unudulmayacağını bildirən polis polkovniki  kütləvi qırğının yalnız xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş faciə adlandırıb. Bu qırğında yüzlərlə günahsız insan qətlə yetirilib, hətta uşağa, qocaya rəhm olunmayıb. 

Məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymət verildiyini xatırladan idarə rəisi, bəşəri cinayətin törədildiyi 26 fevral gününün Xocalı soyqırımı günü kimi qəbul edilməsinin də ümumilli liderin təşəbbüsü ilə olduğunu deyib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərildiyi tədbir iştirakçılarının nəzərinə çatdırılıb. 

Polis Akademiyasının İctimai elmlər kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov  faciənin baş vermə səbəbləri və onun nəticələri barədə geniş məruzə ilə çıxış edib. Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının ötən əsrin əvvəllərindən başlandığını qeyd edən natiq, 1988-ci ildən etibarən Ermənistanın aktiv hərbi təcavüzü nəticəsində  torpaqlarımızın 20 faizinin işğal olunmasından, minlərlə insanın həlak olmasından, 1 milyondan çox insan qaçqın düşməsindən danışıb. 

Tədbirin sonunda polis polkovniki İsfəndiyar Mehbalıyev bütün Qarabağ ərazisində bir daha oxşar faciələrin baş verməməsi üçün ölkəmizdə hökm sürən təhlükəsizliyin, əmin-amanlığın qorunub saxlanılmasının son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.