Xəbərlər

Əsas səhifə

Ötən əsrin ən qanlı faciəsi - Xocalı soyqırımı

25.02.2019

Fevralın 25-də keçirilən mərasim soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik  sükutla yad edilməsilə başlayıb. 

Anım mərasimində çıxış edən Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov Xocalı faicəsinin xalqımıza qarşı törədilən qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. Rəis müavini qeyd edib ki, 27 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində  613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə  tamamı ilə məhv edilib. Ötən əsrdə dünyanın bir neçə yerində genosid və etnik təmizləmə cinayətlərinin baş verib ki, Xocalı faciəsi onların içində ən dəhşətlisidir. 

Daha sonra Baş İdarə rəsinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyevin faciə ilə bağlı geniş nitqi dinlənilib.  

Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının ötən əsrin əvvəllərindən başlandığını qeyd edən polis polkovniki,  Ermənistanın aktiv hərbi təcavüzü nəticəsində  torpaqlarımızın 20 faizi işğal olması ilə yanaşı, minlərlə insanın həlak olduğunu, ağır xəsarət aldığını, işgəncələrə məruz qaldığını, 1 milyondan çox insan qaçqın düşdüyünü xatırladıb. Bilidirib ki, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı da Azərbaycanın  ən ağır faciəsidir, mahiyyəti etibarilə Holokost, Srebrenitsa, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir. Əli Vəliyev bu faciə zamanı həlak olan hər bir soydaşımızın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olduğunu deyib.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. 

Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri qeyd olunub, məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunan xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. 

Bu gün ulu öndərin layiqli varisi  Prezident İlham Əliyevin bu istiqamətdə aparığı cəsarətli siyasəti, qətiyyətli çıxışları bizim hər birimiz üçün örnək olmalıdır.

  Tədbirin sonunda rəis müavini Elxan Həsənov biz düşməni tanıyırıq və onun vəhşilikləri bir daha təkrar olmaması üçün daim hazırlıqlı olmalıyıq. Dövlətimizin ərazi bütövlüyünün bərpa olması, müstəqilliyin, o cümlədən ictimai təhlükəsizliyin qorunub saxlanılması əsas vəzifədir.