Xəbərlər

Əsas səhifə

Cibgirlikdə şübhəli bilinən şəxs yaxalanıb

01.03.2019

İctimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanmışdır.
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılmışdır. 

Polis əməkdaşları tərəfindən onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Biləsuvar rayon sakini Ə.Həsənov olduğu müəyyən edilmişdir.

Araşdırmalar aparılır.