Xəbərlər

Əsas səhifə

Dələduzluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb

04.03.2019

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari il fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alınmasını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi əməli etiraf etmişdir.

Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılmışdır. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul alması müəyyən edilmişdir.

Araşdırma aparılır.