Xəbərlər

Əsas səhifə

Qardaşını qətlə yetirməkdə şübhəli bilinən Zabrat qəsəbə sakini saxlanılıb

01.04.2019

Zabrat qəsəbə sakini Kamran Şamilovu odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən qardaşı Hüseynbala saxlanılmışdır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, martın 31-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Kamran Şamilovun tüfəngdən açılmış atəşlə qətlə yetirilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz aşkar edilərək götürülmüşdür.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Şamilovun qardaşı Hüseynbala saxlanılmışdır. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş “TOZ-34” markalı ov tüfəngi götürülmüşdür.