Xəbərlər

Əsas səhifə

Xuliqanlıq etməkdə şübhəli bilinən iki nəfər tutulub

05.04.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 3-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini Elmar Quliyev xuliqanlıq zəminində qayınatası Elçin Nəbiyevi döymüş, bu zaman hadisəyə müdaxilə etmiş orada olan Elmarın atası Elnur isə tapançadan havaya atəş açmışdır.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar və Elnur saxlanılmışlar. Hadisə törədilərkən istifadə edilmiş “Ekolbotan” markalı pnevmatik tapança və 3 ədəd patron götürülmüşdür.

Faktla əlaqədar Cinyət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.