Xəbərlər

Əsas səhifə

Qaçırdığı avtomobillə qəza törədən Zərdab rayon sakini saxlanılıb

12.04.2019

Aprelin 9-da saat 2 radələrində Səbail rayonunun Ü.Hacıbəyov küçəsindən Bakı şəhər sakini A.Qəhrəmanovun “Mercedes” markalı avtomobili  qaçırılmışdır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Zərdab rayon sakini M.Bəkirli tərəfindən qaçırılması və həmin gün saat 5 radələrində Q.Qarayev prospektində idarə edilərkən Bakı şəhər sakini G.Ağazadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşması müəyyən edilmişdir.

G.Ağazadəyə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

M.Bəkirli 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.