Xəbərlər

Əsas səhifə

Polis maarifləndirmə tədbirlərini davam etdirir

19.04.2019

Bakının daha bir neçə təhsil ocağında narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirmə tədbirlər keçirilib. 

Bakı şəhər BPİ  İctimai Təhlükəsizlik İdarəsindən verilən məlumata görə, idarə əməkdaşlarının təşkilatçılığı ilə  paytaxtda yerləşən daha  5 təhsil  ocağında profilaktik-maarifləndirici görüş olub. 

Keçirilən görüşlər Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə hazırlanmış plan əsasında Yasamal rayonu 173, Səbail rayonu 7, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən Xocavənd rayonu  2,  Qaradağ rayonu  274  nömrəli orta məktəbləri və Azərbaycan Kooperasiya Universitetini əhatə edib.

“Narkomaniyaya yox deyək” mövzusunda baş tutmuş tədbirlərdə mütəxəssislər, polis veteranları, valideynlər, şagird və pedoqoji kollektivlər iştirak edib.  

Narkotik maddələrin, siqaret və alkoqollu içkilərin yaratdığı təhlükələr barədə ətraflı məlumat və tövsiyələr verən polis əməkdaşları, yetkinlik yaşına çatmayanların hüquq və vəzifələrini, məsuliyyətlərini izah edib, onları maraqlandıran sualları cavablandırıblar.

Bu istiqamətdə təbirlər davam etdirilir.