Xəbərlər
Əsas səhifəƏvvəllər məhkum olunmuş şəxsdən marixuana aşkar edilib
11.05.2019
Polis əməkdaşlarının mayın 10-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakıxanov qəsəbəsində yaşayan əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş R.Mürsəlovun yaşadığı evdə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
R.Mürsəlovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 8-də Bakı şəhər sakini M.Abdullayevanın içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.
Faktla bağlı araşdırmalar aparılır.