Xəbərlər

Əsas səhifə

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

22.05.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da rayon ərazisində bir avtomobildən 40 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Lanskix saxlanılıb.
 
Nəsimi RPİ 21-ci PB PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 28-də rayon ərazisində bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Quliyev saxlanılıb.