Xəbərlər

Əsas səhifə

“Narkomaniya bəşəriyyətin bəlasıdır”

23.05.2019

Qaradağ Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Ələt qəsəbəsində 302 nömrəli məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib. 

Əvvəlcə məktəbin direktoru Səkinə Rzayeva polis idarəsi tərəfindən keçirilən narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb.

Qaradağ RPİ rəsinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Yaşar İsayev isə qeyd edib ki, bu gün ölkəmizdə narkomaniyaya qarşı çox ciddi mübarizə aparılır və maarifləndirmə tədbirləri həyata keçirilir. Bu bəla cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və ən əsası, cinayətkarlığın artmasına səbəb olur. Bir sözlə, narkomaniya bütün cəmiyyəti təhdid edir və ona qarşı birlikdə mübarizə aparılmalıdır.

Rayon polis idarəsinin bölmə rəisi, polis mayoru Amil Qurbanov və baş inspektor, polis mayoru Ramin Hacıyev  çıxışlarında  insanı özündən ömürlük asılı vəziyyətə salan narkotik maddələrdən qorunmaq üçün yeniyetmələrin, gənclərin maariflənməsinin zəruri olduğunu diqqətə çatdırıblar. 

Şagirdlərin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları üçün tövsiyələr verilib, maarifləndirici tədbirlərin mütəmadi qaydada keçirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda narkomaniya ilə bağlı videoçarx nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb.