Xəbərlər

Əsas səhifə

Mənzil və mağazalardan oğurluq edənlər tutulublar

28.05.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 200 manat pul və 200 manat dəyərində bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Qarayev saxlanılıb.
 
Ətrafında aparılmış əməliyyat tədbirlərilə onun mayın 25-dən 27-dək olan müddətdə daha bir evdən bijuteriya oğurlaması da müəyyən edilib.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində 3 mağazadan pul, tütün məmulatı, mobil telefon və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. Onlar F.Dadaşov, A.İbrahimov, Ə.Daşdəmirov və H.Ağayevdir. 

Hər bir faktla bağlı araşdırmalar davam etdirilir.