Xəbərlər

Əsas səhifə

Soyğunçuluqda şübhəli bilinən şəxs tutulub

30.05.2019

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona zor tətbiq edib qızıl boyunbağısını aldığını bildirmişdir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.