Xəbərlər

Əsas səhifə

Sabunçu qəsəbəsində iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

04.06.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 3-də saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafelərdən birinin qarşısından qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu RPİ-nin 13-cü PB-nə məlumat daxil olmuşdur.
A.Göyüşovun vəziyyəti orta-ağır, M.Allahverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır
13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.