Xəbərlər

Əsas səhifə

Yetkinlik yaşına çatmayanlara tütün məmulatının satılması faktları aşkar edilib

11.06.2019

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 10-da DİN-in Baş İctimai Təhlükəsizlik,  Sabunçu və Nizami Rayon Polis idarələri əməkdaşlarının qeyd olunan rayonların ərazisində keçirdikləri reydlər nəticəsində köşk və mağazalarda satıcıların  yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir.

Sabunçu rayonu ərazisində 4, Nizami rayonu ərazisində isə 2 köşk və mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.