Xəbərlər

Əsas səhifə

Soyğunçuluqda şübhəli bilinən Siyəzən rayon sakini saxlanılıb

20.06.2019

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də saat 23 radələrində evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Natiq Əzizov 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, maddi sübutlar ondan götürülmüşdür.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.