Xəbərlər

Əsas səhifə

Binəqədi rayonunda soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

29.06.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 28-də Binəqədi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini İ.Hüseynova məxsus sexdən içərisində 120 manat, 1 ədəd maqnitofon və 1 ədəd mobil telefon olan sellofan torbanı soyğunçuluq yolu ilə götürüb hadisə yerini tərk etmişdir.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər  məhkum olunmuş K.Tağıyev saxlanılmışdır.

Araşdırmalar aparılır.