Xəbərlər

Əsas səhifə

Qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

04.07.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 2-də Nəsimi rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Rzayev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.