Xəbərlər

Əsas səhifə

Sabunçu rayonunda oğurluq cinayətlərinə görə 3 nəfər saxlanılıb

05.07.2019

İyunun 27-də paytaxt sakini olan bir qadının çantasından 438 manat oğurlanıb. 
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Bədəlova saxlanılıb.
 
Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən isə iyulun 3-də paytaxt sakinləri N.Hüseynzadənin və E.Bağırovun pulunu, mobil telefonunu və aksessuarlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.
 
Araşdırmalar aparlır.