Xəbərlər
Əsas səhifəŞƏHİDLƏRİN XATİRƏSİ UNUDULMAZDIR
20.01.2015
Bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Bakı şəhər Baş Polis Idarəsində də böyük ehtiramla anılmışdır.
Yanvarın 19-da keçirilən, faciənin 25-ci ildönümünə həsr edilən mərasimin iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Yanvarın 19-da keçirilən, faciənin 25-ci ildönümünə həsr edilən mərasimin iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mərasimdə çıxış edən Baş Idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov 20 Yanvar faciəsini xalqımızın azadlıq mübarizəsinin bir nümunəsi kimi qiymətləndirdi. Xüsusi olaraq vurğulandı ki, milli azadlıq, ölkənin ərazi bütüvlüyü uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə silahlı divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Tədbirdə Baş Idarə rəisinin şəxsi heyət üzrə büyük küməkçisi, polis polkovniki Əli Vəliyev 20 Yanvar hadisələrinin səbəbləri və dərsləri, Azərbaycan xalqının azadlıq mübarizə


Anım mərasimində vurğulandı ki, Azərbaycan tarixinin həm şanlı, həm də qanlı səhifələri daim yad edilməli, nəsillərdən-nəsillərə ötürülərək unudulmamalıdır. 20 Yanvar faciəsi zamanı göstərilən qəhramanlıq, şücaət, xalq birliyi və həmrəyliyi hər bir azərbaycanlı üçün örnək olmalıdır!