Xəbərlər

Əsas səhifə

Binəqədidə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

15.07.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərdən birinin həyətindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş D.Cəfərov saxlanılmışdır.
 
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 25-dən iyulun 13-dək olan müddətdə rayon ərazisindəki 1 zirzəmidən və 1 avtomobilən məişət əşyaları və akkumulyator, habelə 3 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilmişdir.

Araşdırmalar aparılır.