Xəbərlər

Əsas səhifə

Bakı şəhər sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

18.07.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Vəlixanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. 

26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini F.Budaqov saxlanılmışdır.

Araşdırma aparılır.