Xəbərlər

Əsas səhifə

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

03.08.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 1-də Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 970 manat və mobil telefon olan pul kisəsi soyğunçuluq yolu ilə talan edilib.
 
Xəzər rayonu 2-ci PŞ və 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Q.Kişiyev saxlanılıb.

Araşdırmalar aparılır.