Xəbərlər

Əsas səhifə

Nərimanov rayonunda odlu silahdan atəş açan şəxs saxlanılıb

07.08.2019

Avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirmişdir.
 
Z.Sədiyev xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılmışdır.

Araşdırmalar aparılır.