Xəbərlər

Əsas səhifə

VETERAN POLİSLƏRİN VƏZİFƏLƏRİ

29.01.2015

Yanvarın 28-də Bakı Şəhər Baş Polis İdarəsi Veteranlar Şurasının iclası keçirilib. İclasda paytaxtın polis veteranlarının üzərinə düşən vəzifələr müzakirə olunub. Xususi olaraq vurğulanıb ki, DIN rəhbərliyi veteranların fəaliyyətinin tənzimlənməsi və təşkilatlanması ilə bağlı səmərəli tədbirlərın həyata keçirilməsinə önəm verir.


Bakı Şəhər BPİ rəisinin şəxsi heyətlə iş uzrə böyuk köməkçisi, polis polkovniki Əli Vəliyev Baş İdarə rəhbərliyinin də bu vacib sahəyə xususi diqqət yetirdiyini bildirib. BPİ rəisinin veteranlarla işin təşkilinə dair imzaladığı tədbirlər planı barədə məlumat verən Ə.Vəliyev qeyd edib ki, ictimai asayişin muhafizəsi və ictimai təhlukəsizliyin təmin olunması, cinayətkarlığın profilaktikası və baş vermiş cinayətlərin açılması, yol hərəkəti təhlukəsizliyi ilə bağlı maarifləndirmə işində, gənc əməkdaşlarla hamilik işində, əhali arasında kutləvi izahat və huquqi təbliğat aparılmasında veteranların üzərinə mühüm vəzifələr duşur.


Qarşılıqlı maraq doğuran müzakirələrlə keçən iclasda Bakı şəhər BPİ Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Emin Məmmədov qeyd edib ki, paytaxtın polis qarnizonunda veteran polislər polis-vətəndaş əlaqələrin genişləndirilməsində yaxından iştirak edir, cinayətkarlığa qarşı mubarizədə və ictimai təhlükəsizliyin təmin olunmasında, narkomaniyanın və yetkinlik yaşına zatmayanların hüquqpozmalarının profilaktikasında, əhali arasında hüquqi təbliğatın aparılmasında daha fəal iştirak etməyə çalışırlar.


Şura sədri vurğulayıb ki, 2014-cu ildə 469 cinayət işinın açılmasında veteranlar iştirak etmiş, şubhəli şəxslərin ifşa olunmasında polis əməkdaşlarına əməli köməkliklər göstərilmişdir. Cinayətkarlığın profilaktikası işində paytaxın Nərimanov, Səbail, Nəsimi, Sabunçu, Suraxanı rayon polis idarələrinin veteranları aktiv fəaliyət göstərmişlər.