Xəbərlər

Əsas səhifə

Soyğunçuluq etməkdə şübhəli bilinənlər saxlanılıblar

03.10.2019

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Zülfüqarlı oktyabrın 1-də saat 21 radələrində 2 nəfərin ona zor tətbiq edərək qol saatını aldıqlarını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Ağdam rayon sakinləri Ş.Zeynalov və əvvəllər məhkum olunmuş T.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Nizami RPİ tərəfindən araşdırma aparılır.