Xəbərlər

Əsas səhifə

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb

12.10.2019

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

Əldə edilmiş məlumat əsasında 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən  Bakı şəhər sakini E.Heydərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi şəxs də müəyyən edilmişdir.

E.Heydərova narkotik vasitəni satmaqda şübhəli bilinən Binə qəsəbə sakini E.Nurəliyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 250 qramdan artıq heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılı