Xəbərlər

Əsas səhifə

Adam öldürməyə cəhddə şübhəli bilinən Xəzər rayon sakini tutulub

11.10.2019

Oktyabrın 10-da saat 9 radələrində Xəzər rayonunun Binə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş İ.Bədəlovla bacısı Aygün və qardaşı Elxan arasında münaqişə baş vermişdir. Bu zaman İ.Bədəlov Aygünə xəsarət yetirmiş, “Kia” markalı avtomobilində hadisə yerini tərk edərkən isə Elxanı vurmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Bədəlov saxlanılmışdır. Aygün və Elxan isə xəstəxanaya yerləşdirilmişlər.

Faktla əlaqədar cinayət işi başlanmışdır. Xəzər rayon prokurorluğunda araşdırma aparılır.