Xəbərlər

Əsas səhifə

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

29.10.2019

Oktyabrın 28-nə keçən gecə Ə.Əliyev küçəsində Bakı şəhər sakini M.Sadıqovun “Mercedes” markalı avtomobilindən soyğunçuluq yolu ilə 182 manat aparılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır, araşdırmalar davam etdirilir..