Xəbərlər

Əsas səhifə

Quldurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

06.11.2019

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında 1 nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məluamata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırmalar davam etdirilir.