Xəbərlər

Əsas səhifə

Tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə protokollar tərtib olunub

08.11.2019

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində iki mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilmişdir.

Həmin mağazaların satıcıları - M.Musayev və Ə.Axundov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.