Xəbərlər

Əsas səhifə

“Narkomaniya ümumbəşəri bəladır”

18.11.2019

Noyabrın 11-də Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və Xəzər RPİ-nin təşkilatçılğı ilə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda şagirdlərlə növbəti maarifləndirici görüş kecirilib. 

Tədbirdə çıxış edən  İcTİ-nin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova yetkinlik yaşına çatmayanların hüquq və vəzifələrindən danışıb, onların  tütün məmulatlarını alma və istifadə etmələrinin qarşısının alınmasına imkan verən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanundan, bununla bağlı polisin apardığı profilaktik, həmçinin inzibati tədbirlərdən bəhs edib, uşaqları zərərli vərdişlərə və ümumiyyətlə hüquq pozuntularına yol verməmələri barədə zəruri tövsiyələr verib. 

Xəzər RPİ-nin bölmə rəisi, polis mayoru Samir Ağayev isə narkomaniya və onun ağır fəsadları haqqda şagirdlərə məlumat verərək, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədən və maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. 

Tədbir uşaqları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.