Xəbərlər

Əsas səhifə

Soyğunçuluqda şübhəli bilinən 3 nəfər tutulub

21.11.2019

Soyğunçuluq etməkdə şübhəli bilinən dəstə üzvlərindən üçü saxlanılmış, şəxsiyyətləri müəyyən edilmiş daha 2 nəfərin tutulması istiqamətində tədbirlər görülür.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup naməlum şəxsin onu hədələyib 7000 manat pul tələb edərək “Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Yusifov, R.Əliyev, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Dadaşzadə və Şərur rayon sakini Əmrah Nağıyev saxlanılmış, şəxsiyyətləri müəyyən edilmiş daha 2 nəfərin tutulması istiqamətində tədbirlər görülür.

Araşdırma aparılır.