Xəbərlər

Əsas səhifə

Uşaqların hüquq və sağlamlıqları qorunur

05.12.2019

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Qaradağ RPİ-nin aidiyyəti bölmə əməkdaşları tərəfindən noyabrın 3-4 tarixlərində keçirilən reydlərdə tütün məlumatlarının yetkinlik yaşına çatmayanlara satışı halları müəyyən edilib. 

Belə ki, Qaradağ rayonunun Qobustan və Sahil qəsəbələrində mağazalarda satıcıların azyaşlılara tütün məmulatları satmaları faktı aşkar edilib.

Həmin mağazaların satıcıları – Sabutay İsmayılov, Fikrət Dəmirov, Nahid Mahmudov və Şücaət Məhmudov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

İdarədən verilən məlumata görə, bu istiqamətdə reydlər davam etdirilir.