Xəbərlər

Əsas səhifə

Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb

16.12.2019

Dekabrın 13-də Bakı şəhər sakini, 5 yaşlı Ləmanın Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməmiş avtomobillə vurulması və uşağın ayaq nahiyəsindən xəsarət alması barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, hadisənin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir.

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İ.Abidi saxlanılmışdır.

Araşdırma aparılır