Xəbərlər

Əsas səhifə

Paytaxt sakinini döyərək pulunu alan şəxslər saxlanılıblar

23.12.2019

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Bağışov dekabrın 22-də saat 23 radələrində Moskva prospekti ev 68-in qarşısında 3 nəfərin onu döyərək pulunu aldıqlarını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini V.Hüseynov, Gədəbəy rayon sakini İ.Məmmədov və Siyəzən rayon sakini R.İbrahimov polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Araşdırma aparılır.