Xəbərlər

Əsas səhifə

Saxlanılan şəxsin daha bir cinayət törətdiyi məlum olub

30.12.2019

Oğurluq etdiyinə görə tutulmuş M.İbrahimlinin daha bir cinayət əməlinin üstü açılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, onu ətrafında Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Sulutəpə qəsəbəsi ərazisindəki poçt məntəqələrinin birindən içərisində 100 manat, 10 ədəd möhür, 500 manat dəyərində marka və zərf olan seyfi, habelə vətəndaşlara məxsus 25 ədəd bağlamanı sökərək içərisindəki əşyaları oğurlaması da müəyyən edilmişdir.

Araşdırmalar davam etdirilir.