Xəbərlər

Əsas səhifə

Quldurluqda şübhəli bilinən paytaxt sakini tutulub

07.01.2020

Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılmışdır.

Araşdırmalar davam etdirilir.