Xəbərlər

Əsas səhifə

Sürücüyə qarşı quldurluq edən şəxs tutulub

10.01.2020

DİN-in “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olmuşdur. 

DİN Mətbuat Xidmətinin məlumatına görə, müraciətlə əlaqədar Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, yanvarın 9-da saat 1 radələrində D.Əliyevə küçəsində Bakı şəhər sakini A.Mustafayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə sərnişin qismində oturan şəxs Z.Bünyadov prospektinə gedəcəyini bildirmiş və qeyd edilən prospektdə sürücünü bıçaqla hədələyərək pulunu alıb düşərək hadisə yerini tərk etmişdir.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır.