Xəbərlər

Əsas səhifə

Nəsimi rayonunda ev oğruları saxlanılıb

28.01.2020

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində mənzil oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin məlumatına görə, keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Tofiq Cəfərov və Sabirabad rayon sakini Peyman Quliyev tutulublar. Araşdırma zamanı hər iki şəxsin paytaxt ərazisində bir neçə mənzildən pul və qızıl-zinət əşyaları oğurladıqları məlum olub. Onların paytaxt ərazisində kirayə yaşadıqları mənzillərə baxış zamanı evlərdən oğurladıqları əşyaların bir qismi aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. 

T.Cəfərov və P.Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.