Xəbərlər

Əsas səhifə

Təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub

10.02.2020

2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilmiş, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunmuşdur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmamışdır.

Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görmüşdür.