Xəbərlər

Əsas səhifə

Avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

18.02.2020

Xəzər rayonu ərazisində bir avtomobildən 7 min  manat oğurlanıb. 

DİN Mətbuat Xidmətinin məlumatına görə, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq cinayətində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş C.Səmədov tutulub. 

Araşdırmalar davam etdirilir.