Xəbərlər

Əsas səhifə

Narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar

09.03.2020

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sahil qəsəbə sakini tutulub.

DİN Mətbuat Xidmətinin məlumatına görə, M.Zeynalovun yaşadığı evə baxış zamanı 2 kiloqram 35 qram heroin, idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı 277 qramdan artıq heroin və 21qramdan artıq metamfetamin aşkar edilərək götürülüb. 

Bundan əlavə, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs tutulub.  

Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Quliyev saxlanılıb.

Şəxsi şəxsi axtarış zamanı və idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış zamanı 310 qramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb. 

Araşdırmalar davam etdirilir.