Xəbərlər

Əsas səhifə

Oğurluq cinayətlərinin üstü açılıb

21.04.2020

Nəsimi rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları və qol saatı oğurlanıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində şübhəli şəxs tutulub. 

DİN Mətbuat Xidmətinin məlumatına görə, oğurluqda şübhəli bilinərək saxlanılan şəxs Quba rayon sakini K.Babayevdır. O, evdən 1300 manat dəyərində qızıl-zinət əşyaları və qol saatı oğurlamaqda şübhəli bilinir.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində isə oğurluq etdiyinə görə tutulmuş E.Mirzəyevin rayon ərazisindəki mağazaların birindən və bir çay evindən oğurluq törətməsi də müəyyən edilib. 
Onun ətrafında aparılan əlavə araşdırmaların nəticəsi olaraq, mağazaların birindən 5000 manat dəyərində geyim əşyaları və aksesuarlar, bir çay evindən isə 1000 manat dəyərində məişət əşyaları oğurladığı məlum olub. 

Xətai rayonu ərazisindəki çay evlərinin birində baş vermiş oğurluq cinayətinin də üstü açılıb. 

Oğurluq etdiyinə görə tutulmuş V.Zülfüqarovun ətrafında Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 16-na keçən gecə rayon ərazisindəki çay evlərinin birindən 3000 manat dəyərində kombi, digər çay evindən isə 600 manat dəyərində televizor oğurladığı müəyyən edilib.
Hər bir faktla bağlı araşdırmalar davam etdirilir.