Xəbərlər

Əsas səhifə

Soyğunçuluq edən şəxslər saxlanılıb

03.06.2020

DİN Mətbuat Xidmətinin məlumatına görə, zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.