Xəbərlər

Əsas səhifə

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

12.06.2020

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətinin məlumatına görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqram 110 qram narkotik vasitə olan heroin, 1 kiloqram 105 qram marixuana və 180 ədəd satışı qadağan edilən psixotrop tərkibli “Preqabalin” həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Ramil Quliyev adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri satmaq məqsədi ilə əldə edib. 

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.