Xəbərlər

Əsas səhifə

POLİS OLMAQ ŞƏRƏFİ

19.06.2015

Hüquq mühafizə orqanları, ələlxüsus da polis təşkilatı cəmiyyəti, xalqı, hüquq mədəniyyətini tanıtmaq baxımından çox böyük imkanlar açan məsul və şərəfli məkandır. Polisin qarşılaşdıüı hadisələr onun bu günü ilə gələcək arasında  elə bir körpü formalaşdırır ki, ifadə etdikləri cəmiyyət və dövlət haqqında təəssürat oyadır. Polisin ictimai mühitdə populyarlıüı, etibarlı inam və etimad ünvanına çevrilməsi məsuliyyət yaradan amildir. Ekstremal  vəziyyətdə əsas məsələ dövlət nümayəndəsi olan polis əməkdaşından məntiqi olaraq yüksək intellekt, böyük mədəniyyət, geniş məlumatlılıq hesabına ziddiyyətləri yumşaltmaq, dözümlülük və qarşılıqlı anlaşma nümayiş etdirməkdir.

Bəziləri iddia edir ki, sabitlik daha çox inkişaf etmiş demokratik ölkələr üçün xarakterikdir. Təhrif olunan və ümumiyyətlə qəbul edilməyən fikirdir. Təcrübə göstərir ki, əksinə belə ölkələrdə ictimai münasibətlərin tənzimlənməsində xeyli problemlər var. Bu nədən irəli gəlir? İctimai münasibətlər heç də hər yerdə qanunla tənzimlənmir. ABŞ, Almaniya, Fransa və Böyük Britaniya kimi dünyaya “demokratiya dərsi deyən” ölkələrin mövcud reallıqları da təsdiqləyir ki, ictimai münasibətlərin tənzimlənməsində əsas vəzifə polisin üzərinə düşür. Bu fikir qəti hakimdir ki, polis hərəkətdə olan qüvvədir, cəmiyyətdən etibar görməlidir: Cəmiyyətdən qayğı görməyən polis onu qoruya bilməz. Hansı mənada alınmasından asılı olmayaraq, polisi cəmiyyətdən ayrı təsəvvür etmək mümkün deyil. Baxmayaraq ki, müxtəlif ölkələrin ortaq ictimai təhlükəsizlik sistemində polis-vətəndaş münasibətlərində kəskin yanaşma var. Məsələn, bu sırada  ABŞ daha çox diqqət çəkir. Burada hər il orta hesabla polis və mülki vətəndaş öz silahı ilə 32 mindən çox insanı öldürür. Araşdırmalar subut edir ki, bu ölümlərin 400-ü hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən törədilir.

Bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycanda 20 ildən artıqdır ki, ictimai təhlükəsizliyin, ictimai qaydanın etibarlı mühafizəsi nəticəsində yaranan dayanıqlı sabitlik və inkişaf bir paradoks yaradır. Nədən ibarətdir bu paradoks, nədən qaynaqlanır? Azərbaycan polisi peşəkardır, peşəkar olduüu üçün dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Mübahisəsiz bu belədir. 2002-ci ildə Azərbaycan polisinin yaranmasının 84-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə ulu öndər Heydər Əliyev vurğulayırdı ki, polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir: “Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”.

Həm də nəzərə almaq lazımdır ki, peşəkarlıq səviyyəsi fərdi səviyyə ilə birbaşa bağlıdır. Bunlar seçilmiş insanlardır və hər birinin ayrıca məsuliyyəti var. Bəs bu məsuliyyətin yaranma səbəbləri nədən ibarətdir? Səbəblərin biri budur ki, polisə yalnız cəmiyyətin qanunlara hörmət edən çoxluğu yox, hamı arxalanır. Əslində polisin hər bir uğuru, peşəkarlığı bəzən əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır. Müəllim təhsilin, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyindədir.

Bütün bunları nəzərə alaraq, bir daha o fikrə gəlirik ki, respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayət sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül mövqeyini qorumaqla, vətəndaşların əmin-amanlıüının yüksək səviyyədə təmin edildiyi dövlət imicini təsdiqləməkdə davam edir.
Ona görə də deyirlər ki, təhlükəsizlik yaxud sabitlik elə bir vəziyyətdir ki, bu gün əmələ gəldisə, deməli bu gün hakimdir, cəmiyyət öyrəşir.

Ölkədəki qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, hüquq-mühafizə orqanlarının digər sahələrinin rolunu qətiyyən azaltmadan deyə bilərik ki, Azərbaycan polisi bu ənənələri yaşadır və qoruyur. Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 24.607 cinayət qeydə alınıb. Onların 91 faizini və ya 22.297-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır,  14 faizi ağır və xüsusilə ağır növlər olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması da müsbət nəticələr verib və 2013-cü illə müqayisədə ötən il 46,5 faiz çox və ya 416, o cümlədən 69,5 faiz çox, yaxud 104 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Əməliyyat planlarının vaxtında tətbiqi və “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlərlə 1.223 cinayət “isti izlərlə” açılıb. Ümumiyyətlə baş verən cinayətlərin 80-90 faizdən çoxu açılırsa, bu, çox böyük nailiyyət hesab olunur. Polisin işinə az-çox bələd olanlar bilir ki, cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir.

Ölkəmizdə  vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Və bu da o həqiqətin göstəricisidir ki, ilk Avropa Oyunları ancaq o ölkələrdə keçirilə bilər ki, həmin ölkədə ictimai təhlükəsizlik etibarlı qorunur.