Xəbərlər

Əsas səhifə

Növbəti qəbul imtahanları karantin rejiminin tələblərinə uyğun olaraq təşkil olunub

21.08.2020

Paytaxtda bu gün növbəti qəbul imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil olunub.
  
Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən mlumata görə, imtahan təşkil olunan ərazilərdə kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur. 

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. İctimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub.