Xəbərlər

Əsas səhifə

POLİS – İNAM VƏ ETİMAD ÜNVANI

20.06.2015

Hər bir insan həyatda diqqətli və məsuliyyətli olmalıdır ki, qanun-qaydalar pozulmasın. Diqqətli olmadınsa - qaydalardan kənara çıxacaqsan, məsuliyyətli olmadınsa - başqasının hüququ pozulacaq. Əslində, bu normaларла polisin də fəaliyyəti tənzimlənir.
 
Cəmiyyətdə qorunub saxlanan dəyərlər sırasında polis əməkdaşlarının davranışı, xidmət intizamı ictimai asayişin əsas qarantı kimi çıxış edir.  Çünki cəmiyyət polisdən yüksək intizam, qanuna hörmət, hüquqlarının etibarlı qorunmasını tələb edir. Hansı məna daşımasından asılı olmayaraq, hər bir polis əməkdaşının davranışı onun insan kimi mənəvi keyfiyyətləri ilə şərtlənir. Bu baxımdan, Azərbaycan polisinin “tərcümeyi halı” o qədər zəngin və çoxşaxəlidir ki, insanların həyatını, sağlamlığını, hüquqlarını və mülkiyyətini qorumaqla cəmiyyətin arxalandığı qüvvəyə çevrilib. Polisə yalnız cəmiyyətin qanunlara hörmət edən çoxluüu yox, hamı arxalanır.

Sadəcə olaraq, bəzilərinin bunu təsdiq etməyə ədaləti, ola bilsin ki, cəsarəti çatmır. Böyük dövlətlərin, məsələn, ABŞ və ya Almaniyanın dövlətçilik tarixinə nəzərən deyə bilərik ki, orda insanların dövlətin bayır xidmətində olan nümayəndəsinə münasibətdə diqqətli olmaq kimi prinsipi var. Bu dövlətlərdə polisin xidməti fəaliyyəti nə qədər təftiş edilsə də, cəmiyyətdə bir fikir hakimdi - polis insandır və onlar azad həyatlarını arxa plana keçiriblər.

 “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”ndə vurğulanır ki, hüquq-mühafizə fəaliyyətinin təşkili və həyata keçirilməsi bu orqanların əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılıdır. Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti borca sədaqətli olan daxili işlər orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər.

Polis dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalıdir. İnsanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqazidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Həm də vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Polisdən tələb olunur ki, xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və saülamlıüını təhlükə altında qoymamalıdır.

Sadalanan bu keyfiyyətlər cəmiyyətimiz üçün o qədər dərin məna kəsb edir ki, təhlükə baş verdikdə ilk yada düşən polis olur, axtarılan polis olur, gözlənilən polis olur. Bu halda polis həm də qanuna tabe olur və qanuna uyüun hərəkət edir. DİN-in göstərişləri, tələbləri rəhbər tutularaq, vətəndaşların hüquqlarının qorunması, bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət olunması diqqət mərkəzində saxlanılır, vətəndaşların müraciətlərinə baxılması zamanı haqlı tələblərin təmin edilməsinə xüsusi həssaslıqla yanaşılır. Vətəndaşlara qarşı ciddi qanun pozuntuları törədildiyi halda sərt cəza tədbirləri görülür, şikayətlərin, xüsusən təkrar və kollektiv müraciətlərin yaranma səbəbləri, onların artımına təsir edən amillər öyrənilərək zəruri tədbirlər həyata keçirilir.

Elə ənənələr var ki, onlar cəmiyyət və dövlət üçün əsas məqsəd daşıyır. Deyək ki, insanı qorumaq kimi üstün vəzifələr daşıyan polis qanun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərən ilk sipərdir. Bu ənənələr, vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır ki, bu insanın üzərinə düşən vəziflərin icrasında inam hissini gücləndirir, şəxsi kеyfiyyətləri formalaşdırır.
 
Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunан mərasimdə Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir: “Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər”.

Niyə polis xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalıdır? Ona görə ki, başqalarının həyat və sağlamlıüını təhlükədən xilas etmək polisin əsas vəzifələri sırasındadır ki, cəmiyyət ону qorrumağa məsul olan qüvvəyə inam və etimad gösətrir. Son dərəcə ciddi, ağır, məsuliyyətli, eyni zamanda da təhlükəli olan bu peşə sahibləri bütün cəmiyyətlərdə insanların dayağı, güman yeridir.  İdarəçilik və təşkilatçılıq fəaliyyətinə effektiv nəzarət mexanizminin mövcud olduğu polis orqanlarında normativ-hüquqi tələblər qarşısında hər bir əməkdaşın öhdəçiliyi var.

Ölkədəki qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamından asılı olduğuna görə, hüquq-mühafizə orqanlarının digər sahələrinin rolunu qətiyyən azaltmadan deyə bilərik ki, Azərbaycan polisi bu ənənələri yaşadır və qoruyur. Bu adi vərdiş deyil, çünki bunun kökündə polis orqanlarında qabaqcıl islahatların uüurla aparılması dayanır. Təsadüfi deyil ki, hər bir polis əməkdaşından xidmətdə və gündəlik həyatda qanunçuluq,  nizam-intizam, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutması tələb olunur. 

Sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərti olduğundan bu məqsəd uğrunda Azərbaycan polisi üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra edir. Mümkündür ki, kimlər üçünsə bu adi, qanunauyğun hal olsun. Lakin real həqiqətlər təsdiq edir ki, ötən illər ərzində əldə olunan nailiyyətlər də qorunub saxlanılmaqla dayanıqla məzmun alıb. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül mövqeyini qorumaqla, vətəndaşların əmin-amanlıüının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləməkdə davam edir.